Nida Xəbər
Azərbaycanlı müəllifdən Atatürkə həsr olunan əsər - Tarixi faktlar üzə çıxarıldı
Bu gün Atatürk Mərkəzində tanınmış həkim və publisist Səxavət Əliyevin “Mustafa Kamal Atatürk – Türk Dünyasının Əbədi Lideri” adlı kitabının təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, müəllif kitabın yazılmasının əsas səbəblərindən birinin Atatürkün bütün mal varlığını xalqına və dövlətinə vəsiyyət etməsi olduğunu bildirib.
“Hesab edirəm ki, Atatürk haqqında kitab yazmaq üçün insanın özündə bir neçə xarakterik xüsusiyyət olmalıdır. Nadürüst insan Atatürk haqqında kitab yaza bilməz. Türk Tarix Qurumuna bildirəndə ki, bu kitab satılmır, hədiyyə olunur, buna görə təşəkkür etdilər. Kitab Türk Tarix Qurumunun sisteminə daxil edildikdən sonra xüsusi təşəkkür məktubu göndərdilər. Baş konsulluqdan da məktub aldım. Kitabın Atatürkün doğulduğu ev-muzeyinin kitabxanasına qoyulduğunu bildirdilər. Həmçinin qeyd etdilər ki, ilk dəfə azərbaycanlı müəllifin kitabı ev-muzeyinin və Anıtqəbirin kitabxanasına yerləşdirilib”, - deyə müəllif qeyd edib.
Tədbirdə çıxış edən professor Qulu Məhərrəmli isə bildirib ki, Atatürkü təbliğ etmək türk düşüncəsini təbliğ etməkdir. O əlavə edib ki, kitabda diqqət çəkən əsas məqamlardan biri Atatürklə Azərbaycan arasındakı münasibətlərdir:
“Bununla bağlı çoxlu yanlış təsəvvürlər, miflər və yalanlar var. Səxavət bəy bunları ardıcıllıqla, bir-bir araşdırır, faktları ortaya qoyur. Kitabın dəyəri də bundadır”.
Professor Adil Qeybulla isə Atatürkün ruhunun istiqlal ruhu olduğunu deyib:
“Biz Atatürkə həmişə sayğı duymalıyıq. Bu sayğı istiqlala sayğıdır. Atatürkün ən böyük xidməti Türkiyədə müasir dövləti qura bilməsi oldu. Yaxın Şərqdəki siyasi coğrafiyanın birbaşa müəllifi Atatürkdür. Nə qədər tarixi faktlar olsa da, yanaşmalar fərqli ola bilər. Əminəm ki, bu kitabda yeni yanaşmalar var. Bu əsər Atatürk irsinin öyrənilməsinə töhfə verəcək. Hər kitab sadəcə tarixi faktların toplanması deyil, həm də ona yanaşmadır”.
Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl vurğulayıb ki, Səxavət Əlisoy uzun və zəhmətli araşdırmanın nəticəsi olan bu əsərdə Atatürkün həyatına öz baxışını təqdim edib:
"Oxucunun bu kitabdan əldə edəcəyi əsas qazanc isə yalnız yeni faktlar öyrənmək deyil, həm də bir tarixi şəxsiyyətin fəaliyyətinin arxasında dayanan düşüncə, iradə və məsuliyyət anlayışları üzərində düşünmək olacaq. Arzu edirəm ki, bu əsər Azərbaycan oxucusunun Atatürk və XX əsr Türkiyə tarixi haqqında biliklərinin zənginləşməsinə, Azərbaycan-Türkiyə münasibətlərinin tarixi və mənəvi əsaslarının daha dərindən dərk edilməsinə və ən əsası, tarixə marağın artmasına öz töhfəsini versin".
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi




































