Ronaldonun dostu Jesusu da təhqir etdi: Bu təlxək də çox qalmayacaq
Bizi izləyin

İdman

Ronaldonun dostu Jesusu da təhqir etdi: Bu təlxək də çox qalmayacaq

Ronaldonun dostu Jesusu da təhqir etdi: Bu təlxək də çox qalmayacaq

Britaniyalı jurnalist Pirs Morqan Portuqaliya millisinin baş məşqçisi Xorxe Jezusu Kriştiano Ronaldo haqqında dediyi fikirlərə görə tənqid edib.

Publika.az xəbər verir ki, Danimarkaya məğlubiyyətdən (1:4) sonra mütəxəssis hücumçunun milli komandada karyerasını başa vurduğu üçün onun yoxluğundan danışmağın mənasız olduğunu bildirib.

Morqan sosial mediada yazıb: “Əgər Portuqaliya bugünkü kimi məğlub olmağa davam edərsə, bu təlxək də milli komandada uzun müddət qalmayacaq”.

Xatırladaq ki, 5 noyabrda 41 yaşlı Ronaldo Portuqaliya millisindən ayrıldığını elan etdi. Hücumçu millidə 234 oyun keçirib və 146 qol vurub. O, ən çox beynəlxalq oyun və qol rekorduna sahibdir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm