İqtisadi gündəm
Azərbaycan Türkiyənin bu təcrübəsini öyrənir
Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Hesablama Məhkəməsinin məsafədən audit və böyük verilənlərin (big data) təhlili təcrübəsinin öyrənilməsi məqsədilə bu ölkənin paytaxtı Ankaraya səfər edib.
Publika.az Palataya istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Sayıştayının informasiya sistemlərinin (BVAS və VERA) təqdimatları edilib.
Bildirilib ki, audit portfelinə daxil olan qurumların 90 %-dən çoxunun maliyyə məlumatları bu sistemlər vasitəsilə Sayıştaya daxil olur, 500-ə yaxın ssenari vasitəsilə emal edilir. Böyük verilənlərin hazırkı tarixə xüsusilə maliyyə auditi üçün əhatəli, güclü baza formalaşdırdığını qeyd edən həmkar ali audit orqanının nümayəndələri bu sistemlərin müxtəlif dövlət orqanlarından, o cümlədən Maliyyə və Xəzinə Nazirliyinin mərkəzi büdcə üzrə vahid mühasibatlıq sistemindən məlumat əldə etmək imkanlarının olmasının aidiyyəti fəaliyyətə töhfə verməsindən bəhs ediblər.
Azərbaycan nümayəndə heyəti Türkiyənin Hesablama Məhkəməsinin prezidenti Mətin Yenərlə görüşüb. Görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub və əlaqələrin inkişafının davam etdirilməsinin zəruriliyi bildirilib, Türkiyə və Azərbaycan ali audit orqanlarının gələcək birgə fəaliyyətlərindən danışılıb.
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı











.jpg)



.png)



.jpg)







.jpg)









