Magazin2
"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
HBO studiyası “Harri Potter”in valideynləri Ceyms və Lili Potter rollarını canlandıracaq aktyorları müəyyənləşdirib.
Publika.az xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
“Harri Potter” əsasında hazırlanan yeni serialda Potterlər obrazlarını “Lənət 4” filmi ilə tanınan Hanna Çinn və “Çimərlikdə qətl” filmində çəkilmiş Casper Talbot canlandıracaqlar.
Bundan əlavə, “Tolkien” filmində rol alan Harri Gilbi Ron Uizlinin qardaşlarından biri olan Çarli obrazını canlandırıb. Bütün aktyorlar serialın artıq ilk mövsümündə ekran qarşısına çıxacaqlar. Premyeranın bu il dekabrın 25-də keçirilməsi planlaşdırılır.
Bundan əvvəl yazıçı Coan Roulinq 2027-ci ildə “Harri Potter” kainatına aid iki yeni kitabın nəşr olunacağını açıqlamışdı. Məlumata görə, yeni əsərlər orijinal kainatın ayrı-ayrı personajları haqqında hekayələr silsiləsini davam etdirəcək.
Hüseyn İbadlı
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı





































