Növbə dönərxanalara çatdı
Bizi izləyin

İqtisadi gündəm

Növbə dönərxanalara çatdı

Kolbasa məmulatı istehsal edən firma və sexlərdə aparılan araşdırmalar dönərxanalara da şamil edilib.

Axar.az xəbər verir ki, paytaxtın dönər satılan məntəqələrində ət məhsullarının keyfiyyəti ilə bağlı təftişə başlanılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu obyektlərdə dönərin hazırlandığı ət məhsullarının mənşəyini araşdırır.

Eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi Bakının bir sıra yerlərində fəaliyyət göstərən dönərxanalarda gigiyenik qaydalarla bağlı pozuntular aşkarlayıb. Həmçinin, dönərə toyuq əti vurulması halları nəzarətə götürülüb.

Xatırladaq ki, 2006-cı ildən ölkədə toyuq dönərinin satışı qadağandır. Lakin buna baxmayaraq, bu cür dönərlərin satışına rast gəlinir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm