"Vulkan" havaya qalxdıqdan 10 dəqiqə sonra "sözə baxmadı" - 40 peyk yoxa çıxdı - VİDEO
Bizi izləyin

Dünya

"Vulkan" havaya qalxdıqdan 10 dəqiqə sonra "sözə baxmadı" - 40 peyk yoxa çıxdı - VİDEO

"Vulkan" havaya qalxdıqdan 10 dəqiqə sonra "sözə baxmadı" - 40 peyk yoxa çıxdı - VİDEO

ABŞ-ın Florida ştatından buraxılan “United Launch Alliance” (ULA) şirkətinə məxsus “Vulkan” raketi havaya qalxdıqdan təxminən 10 dəqiqə sonra naməlum səbəbdən nasazlıqla üzləşib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, “Boeing” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan ULA-nın raketi Keyp-Kanaveral Kosmik Qüvvələr Stansiyasından havaya qalxıb.

Raketi daşıyan “Amazon”-un “Leo” internet şəbəkəsinə məxsus 40 peykin orbitə çatdırılmasının mümkün olmadığı bildirilib. Hadisə ULA-nın 2006-cı ildə fəaliyyətə başladığı vaxtdan bəri ilk tam missiya uğursuzluğu kimi qeydə alınıb.

Şirkətdən verilən açıqlamada buraxılışdan sonra anormal vəziyyətin yarandığı və missiya yükünün orbitə çatdırıla bilmədiyi təsdiqlənib. Bildirilib ki, nasazlığın səbəbi araşdırılır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm