Tokayev Saqimbayevi işdən çıxardı
Bizi izləyin

MDB

Tokayev Saqimbayevi işdən çıxardı

Tokayev Saqimbayevi işdən çıxardı

Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsinin rəhbəri işdən çıxarılıb.

Publika.az xəbər verir ki, müvafiq fərman prezidenti Qasım-Jomart Tokayev tərəfindən imzalanıb və sənəd dövlət başçısının rəsmi saytında dərc edilib.

"Dövlət başçısının fərmanı ilə Yermek Aldaberqenoviç Saqimbayev Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilib", - məlumatda deyilir.

Marat İrmenov xüsusi xidmət orqanlarının yeni rəisi təyin edilib. Bu dəyişikliyin səbəbləri açıqlanmayıb.

Saqimbayev 13 il Prezident Təhlükəsizlik Xidmətində çalışıb. O, 2022-ci ilin yanvar ayından Milli Təhlükəsizlik Komitəsinin (KNB) sədri vəzifəsində idi.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm