Ekologiya
Şahdağa 20 sm, Qrızda 14 sm qar yağdı - Faktiki hava
Ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qar yağır.
Qar örtüyünün hündürlüyü Şahdağda 20, Qrızda 14, Xınalıqda 7, Kəlbəcərdə 5, Laçında 4, Qubadlıda 2, Qusarda (Laza) 3 sm-dir.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm-dir.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Qəbələdə 20, Oğuzda 17, Göygöldə 16, Daşkəsəndə 15, Astarada 14, Ağsuda 13, Şamaxı, Bərdə və Tərtərdə 11, Göyçayda 10, Beyləqanda 9, Lənkəran və Gədəbəydə 8, Goranboy, İmişli, Biləsuvar və Kişçayda (Şəki) 6, Lerik, Sabirabad, Şabran, Xaltan, Kürdəmir, Ağdam, Naftalan, Gəncə, Yevlax, Zərdab, Neftçala, Sarıbaş (Qax), Qobustan, Yardımlı, Naxçıvan, Xaçmaz, Mingəçevir, Şəmkir, Balakən, Cəbrayıl, Şahbuzda 1-5 mm-dək qeydə alınır. Şuşa və Xankəndişəhərlərində, Füzuli rayonlarında da arabir leysan xarakterli yağış yağıb.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 25 m/s-dək güclənir.
Dənizdə dalğanın hündürlüyü 6.2 metrə çatır.
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir
-
İdman10:30Güzgü qarşısında: Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA heyrətləndirdi
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər
-
Cinayət dünyası09:36“Bossların bossu” öldü
-
Sosial09:33Əməkdar jurnalist vəfat etdi - FOTO
-
Dünya08:12Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var
-
İdman07:47Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video
-
Region07:30Putin Rzayi ilə görün hansı məsələləri müzakirə edib - Səfir detalları açıqladı





































