Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var
Bizi izləyin

Dünya

Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var

Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var

Tailandın Phuket adasının Patonq rayonunda baş verən güclü yanğın faciə ilə nəticələnib. Hadisə zamanı 11 nəfər həyatını itirib, 38 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Publika.az-ın “Khaosod” nəşrinə istinadən məlumatına görə, yanğın bazar ertəsinə keçən gecə motosiklet icarəsi mağazasının yaxınlığında yerləşən yanacaq aparatının ətrafında başlayıb. Qısa müddətdə alov ətrafdakı tikililərə də yayılıb.

Yanğın ümumilikdə beş dördmərtəbəli ticarət binasını əhatə edib. Ərazidə park edilmiş bir neçə motosiklet də alovdan zərər görüb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Alovun söndürülməsi üçün beş yanğınsöndürmə avtomobilindən istifadə edilib. Təxminən 40-50 dəqiqə davam edən müdaxilədən sonra yanğın nəzarət altına alınıb.

İlkin məlumatlara əsasən, tüstüdən zəhərlənənlər də daxil olmaqla, 38 nəfər xəsarət alıb. Onlar Patonq xəstəxanasına yerləşdiriliblər.

Patonq polis bölməsinin rəisi faciə nəticəsində ölənlərin sayının 11 nəfərə çatdığını təsdiqləyib.

Hazırda yanğının başvermə səbəbləri, eləcə də insan tələfatına gətirib çıxaran hadisənin təfərrüatları araşdırılır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm