Hadisə
Erməni hücumunda yaralanan qadının son durumu
Ötən gün ermənlərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qəlpə yarası alan, hərbi hospitala çatdırılan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı sabah Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriləcək.
Bu barədə Publika.az-a Xəstəxananın baş həkimi Natiq Şükürov məlumat verib: “Sərvinaz Quliyeva döş qəfəsinin çoxsaylı qəlpə yaraları və süd vəzinin ağır zədələnməsi ilə hərbi hosbitala yerləşdirilib. Orada əməliyyat edilib. Süd vəzi sektral əməliyyat edilib, qəlpələr çıxarılıb. Hazırda vəziyyəti stabildir. Sabah bizim xəstəxanaya köçürüləcək və müalicəsi burada davam etdiriləcək”.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan
silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120
millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə
tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri
1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il
təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Atəş nəticəsində 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat
qızı qəlpə yarası alıb.
Gülxar
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı















.jpg)


.jpg)














.jpg)

