Hadisə
Azərbaycanlı ailəsinin yanaraq ölməsi ilə bağlı cinayət işi açıldı - RUSİYADA
İyulun 24-də Rusiyanın Krasnoyarsk diyarının Suxobuzimsk rayonunda 5 nəfərdən ibarət azərbaycanlı ailəsinin yanaraq ölməsi ilə bağlı Federal İstintaq Komitəsinin Regional İdarəsi tərəfindən cinayət işi başlanıb.
Publika.az xəbər verir ki, Krasnoyarsk diyarı Azərbaycan Milli
Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov APA-ya bildirib ki, cinayət işi Rusiya Cinayət
Məcəlləsinin 109-cu maddəsinin 3-cü bəndi (ehtiyatsızlıqdan iki və
daha çox adamın ölümünə səbəb olma) ilə başlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olub,
müayinələr aparıblar.
A. Məmmədov bildirib ki, hadisədə ağır yaralanan ailənin digər üzvü
Hüseyn İlyasovun vəziyyəti isə orta ağırdır, hadisə baş verən vaxt
evdə olmayan ailənin xanımı isə ağır psixoloji durumdadır.
Qeyd edək ki, iyulun 24-də gecə Krasnoyarsk diyarının Suxobuzimsk
qəsəbəsinin yaxınlığındakı tikilidə baş verən yanğın zamanı
Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü İlyasov Vüqar Tahir
oğlu, onun ailə üzvləri - 2007-ci il təvəllüdlü İlyasov Həsən Vüqar
oğlu, 2011-ci il təvəllüdlü İlyasov Ümid Vüqar oğlu, 2014-cü il
təvəllüdlü İlyasov Fərid Vüqar oğlu və 2016-cı il təvəllüdlü
İlyasova Xədicə Vüqar qızı yanaraq həlak olublar. Ailənin digər
üzvü, 2004-cü il təvəllüdlü İlyasov Hüseyn Vüqar oğlu isə yanıq və
dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yanğın baş verən vaxt ana evdə olmayıb.
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama







































