Hadisə
Bakıda Pravoslav Kilsəsinə məxsus ikimərtəbəli tikilidəki yanğın söndürüldü - FOTO/VİDEO - (YENİLƏNDİ)
Fevralın 5-də Nəsimi rayonu ərazisində ikimərtəbəli binada baş verən yanğınla bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə 8.36 radələrində daxil olub.
Dərhal hadisə yerinə ərazi üzrə Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsi və Bakı qarnizonunun digər hissələri cəlb olunub. Yanğının mürəkkəbliyi nəzərə alınaraq əlavə texnikalar da hadisə yerinə cəlb edilib. Hadisə zamanı xəsarət alan olmayıb.
Bu barədə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov jurnalistlərə müsahibəsində bildirib.
Əkbər Novruzov bildirib ki, ümumilikdə yanğının söndürülməsinə 6 yanğın texnikası və 40 nəfərdən çox şəxsi heyət cəlb olunub. Yanğının söndürülməsi bir saatdan çox davam edib. Binanın konstruktiv elementlərinin taxtadan olması alovun söndürülməsində yanğınsöndürənlərin işinə müəyyən çətinliklər yaradıb. Buna baxmayaraq qısa müddət ərzində yanğının qarşısı alınıb: “Yanan sahə təxminən 150 kvadratmetr təşkil edir. Binanın ümumi sahəsi isə 500 kvadratmetrə yaxındır. Bizə verilən məlumata görə, bina Pravoslav Kilsəsinə məxsus ikimərtəbəli xidməti tikilidir. Yəni, bina yaşayış üçün yox, xidməti heyət üçün nəzərdə tutulub”. (azərtac)
***
Publika.az-a Fövqəladə hallar Nazirliyindən verilən məlumata görə, hazırda binada güclü yanğın davam edir: "Əməkdaşlarımız hadisə yerindədirlər. Yanğının söndürülməsi istiqamətində işlər görülür. Hadisə zamanı binada olan vətəndaşlar təxliyyə edilib. Zərəçəkmiş şəxslərin olub-olmadığı barədə dəqiq məlumat yoxdur."
Görüntünü Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev qeydə alıb.
***
Bakıda yaşayış evində yanğın başlayıb.
APA-nın məlumatına görə, yanğın Nəsimi rayonu Salatın Əsgərova küçəsində ikimərtəbəli fərdi yaşayış evində baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğının qarşısının alınması üçün tədbirlər görülür.
Könül Cəfərli
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”






































