Hadisə
Rusiyanın beynəlxalq axtarışa verdiyi azərbaycanlı Mosulda öldürüldü
Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən azərbaycanlının İraqda öldürüldüyü məlum olub.
Bu barədə İnterpol xətti ilə axtarışa verilən Anar Muradlının yaxınları məlumat verib.
Yaxınlarının sözlərinə görə, A. Muradlı Rusiyada yaşayıb. Bir neçə il əvvəl radikal dini qruplaşmalara qoşularaq Suriyadakı döyüşlərə qatılıb.
İŞİD-in tərkibində vuruşan A. Muradlı bir müddət Raqqada, daha sonra Mosulda gedən döyüşlərdə iştirak edib. O, İraq hökumət qüvvələrinin Mosula endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
Yaxınlarının dediyinə görə, A. Muradlı ailəsi ilə birlikdə Suriyaya gedibmiş. Onun ölümü barədə məlumatı da həyat yoldaşı verib.
Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları 1991-ci ildə Zaqatalada anadan olmuş Muradlı Anar İlham oğlunu İnterpol xətti ilə axtarışa verib. O, qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilir. (apa)
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR







.jpg)
.jpg)





























