Hadisə
Keçmiş qonşusundan yaşlı qadına qarşı quldurluq
Paytaxtda ahıl yaşlı qadına qarşı quldurluq edən keçmiş qonşusu saxlanılıb.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda ahıl yaşlı qadına qarşı quldurluq edilib. Bu barədə zərərçəkən Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verib.O bildirib ki, yanvarın 31-də Nizami rayonu R.Rüstəmov küçəsi 47 ünvanında yerləşən mənzilinə keçmiş qonşusu Kirill adlı şəxs su istəmək adı ilə daxil olub. Daha sonra həmin şəxs ona bıçaqla hədə-qorxu gələrək sol əlinə xəsarət yetirib və mənzildə olan qiymətli əşyaları götürərək hadisə yerindən qaçıb. Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə ötürülən kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kirill Bakutov saxlanılıb və o, ifadəsində törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami RPİ-yə müraciət edə bilərlər.
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq







.jpg)





























