Hadisə
Bakıda 500 manata silah satmaq istəyən şəxs saxlanıldı
Nərimanovda qeyri-qanuni odlu silah-sursat satmaq istəyən şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə rayon ərazisində Ceyhun adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması və satmaq istəməsi barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Kuhi saxlanılaraq bölməyə gətirilib.
Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman içərisində patronlar olan “Naqan” markalı tapança aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silahı Oğuz rayonundan Bakıya 500 manata satmaq məqsədi ilə yaşadığı gətirdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.
Könül Cəfərli
-
Sağlamlıq06:46Qıtlıq olacaq: Hansı dərmanlar tapılmayacaq?
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi

































.jpg)



