Hadisə
Gəncədə iğtişaş: iki polis əməkdaşı şəhid oldu - Rəsmi
2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərmişlər.
DİN-dən Publika.az-a verilən məlumata görə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstərmişlər.
Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla, 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmiş, qalanları qaçaraq ərazini tərk etmişlər.
Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilmişdir.
Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olmuşlar.
Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı











_28385.jpg)






















.jpg)
