Hadisə
"Hacı Mazan" təcili hospitala köçürüldü, əməliyyat olundu
Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov gecə saatlarında yenidən əməliyyata alınıb.
Bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının mətbuat katibi Günel Aslanova məlumat verib.
Onun sözlərinə görə, xəstə gecə saatlarında Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb və dərhal əməliyyat olunub.
“Onun həkimi isə Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunun Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli olaraq qalıb. Köçürüldüyü xəstəxanada gecə saatlarında əməliyyat edilib. Hazırda vəziyyəti stabildir. Həkim nəzarətində saxlanılır”.
Xatırladaq ki, Hacı Mazan iyulun 2-də Neftçalada ağır yol qəzasına düşüb. Ona bədənin çoxsaylı sınığı diaqnozu qoyulub. Bundan başqa, iş adamının ağciyərləri ciddi zədə alıb. Qəzadan sonra əməliyyat olunan R.Zeynalovun növbəti əməliyyata ehtiyacının olduğu, lakin vəziyyətinin buna imkan vermədiyi bildirilirdi. (oxu.az)
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO









.jpg)

























.jpg)
