Hadisə
"Yaponçik" Bakıda tutuldu
Bakıda "Yaponçik” adı ilə tanınan kriminal avtoritet saxlanılıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Sentyabrın 11-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əvvəllər oğurluqda şübhəli bilinən 1982-ci il təvəllüdlü Həsənli Rauf Orxan oğlunu saxlayıblar.
Onun idarə etdiyi KİA markalı avtomobilin baqaj hissəsində aparılan axtarış zamanı 1 kiloqram 100 qram marixuana aşkar edilib. Bundan əlavə, saxlanılan şəxsin üstündə də narkotik aşkarlanıb. Narkotikin satış üçün nəzərdə tutulduğu bildirilir.
Hazırda saxlanılan şəxsin başqa cinayətlərdə iştirakının olub-olmadığı müəyyənləşdirilir. Qeyd edək ki, R.Həsənli özünü 2009-cu il oktyabrın 9-da sui-qəsd nəticəsində həyatını itirən Moskvadakı mütəşəkkil cinayətkar qrupun lideri, kriminal aləmin qanuni oğrusu Vyaçeslav İvankov (Yaponçik) əfsanəsinə bənzədir.
Əvvəldən "Yapon” olaraq tanınan cinayətkar (gözləri qıyıq olduğuna görə belə deyilib), sonradan "Yaponçik” adlandırılıb. (oxu.az)
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)




























.jpg)

.jpg)