Hadisə
Azərbaycandan Ermənistana keçən bəbirlər minaya düşdü
"Gələn il Azərbaycanın Milli Parklarında quraşdırılması üçün daha 40 fototələ alınacaq".
"Report" xəbər verir ki, bunu Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib.
Onun sözlərinə görə, 50-ə yaxın yeni fototələ alınıb: “Bu il əlavə fototələlər almağa imkanımız yoxdur. Amma gələn il bunu həyata keçirə biləcəyik. Gələn il üçün 40-a yaxın fototələlərin alınması nəzərdə tutulur. Hazırda yalnız iki - Zəngəzur və Hirkan Milli Parklarında fototələlər var. Fototələlər əsasən “Bəbirlərin mühafizəsi” layihəsi çərçivəsində alınıb. Amma bu qurğu yalnız bəbirləri deyil, qarşısından keçən bütün heyvanları çəkir”.
“Fototələ ilk növbədə quraşdırıldığı ərazidə heyvanların olub-olmamasını müəyyən etməyə kömək edir. Fototələlər heyvanların cığırları üzərində yerləşdirilir. 10-15 metrdən keçən heyvanların şəklini çəkir. İkincisi, həmin heyvanların cinsini, yaşını, heyvanların gəzmə arealını, fəsli və gündəlik miqrasiyasını müəyyənləşdirir. Misal olaraq, Naxçıvanda bəbirlərdən bir neçəsi Ermənistana keçərkən minaya düşmüşdü və gördük ki, erkək bəbirlərin ayaqları yaralanmışdı. Fototələlər vasitəsilə müşahidə etdik ki, onlar bir ay çox zəifləmişdilər, sonra isə yenidən adaptasiya oldular. Hətta bəbirlərdən biri 3 ayaqla 170 km yol qət etmişdi”- deyə o, vurğulayıb.
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...








.jpg)

.jpg)






















.jpg)
.jpg)

