Hadisə
Azərbaycanda vəfat edən tanınmış aktyor üzüaçıq FORMADA DƏFNƏ APARILDI - FOTO/VİDEO
Video əlavə olunub.
***
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Saprıkin Aleksey Alekseyeviçin oktyabrın 8-də 64 yaşında vəfat etməsi ilə bağlı xəbər vermişdik.
Publika.az-ın məlumatına görə, tanınmış aktyor Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən rus məzarlığında dəfn edilib.
Aleksey Saprıkinlə kilsədə təşkil edilən vida mərasimindən bəzi fotoları təqdim edirik.
Qeyd edək ki, S.A.Alekseyeviç 1955-ci ilin avuqustun 18-də Bakı şəhərində anadan olub.
O, 2000-2009-cu illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, daha sonra isə ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor vəzifəsində çalışıb. Uzun müddət Azərbaycan Dövlət Akademik Rus Teatrının səhnəsində dram artisti kimi çalışan Aleksey Saprıkin müxtəlif səpkili rəngarəng obrazlar qalereyası yaradıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı aktyorun ölümü ilə əlaqədar başsağlığı verib.
Allah rəhmət eləsin!
Muxtar,
Video: Sevinc Xanqızı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
