Hadisə
Rafael Cəbrayılov prokurorluğa çağırıldı
Keçmiş deputat Rafael Cəbrayılov prokurorluğa çağırılıb.
Publika.az Yenisabah.az-a istinadən xəbər verir ki, çağırış keçmiş deputatın adı keçən “borc qalmaqalı” ilə bağlıdır.
İddia olunur ki, R.Cəbrayılov səhhəti ilə əlaqədar prokurorluğa getməyib və bazar ertəsinə qədər möhlət istəyib. Məlumatda həmçinin bildirilir ki, keçmiş deputata borcları qaytarmaq tövsiyə edilib.
R.Cəbrayılovun 300 min ABŞ dolları borclu olduğu Təranə Fətəliyeva isə keçmiş deputatın prokurorluğa çağırılması barədə məlumatsız olduğunu deyib:
“Onun prokurorluğuna çağırılıb-çağırılmadığını bilmirəm. Amma mənə bu həftənin üçüncü gününə borcu qaytaracağını söz vermişdi. Artıq iki gün keçib. Əgər qaytarmasa, mən özüm prokurorluğa müraciət edəcəm”.
O, digər borcluların da hələ pullarını geri almadığını deyib.
Rafael Cəbrayılovun özü ilə isə danışmaq mümkün olmayıb.
Xatırladaq ki, keçmiş deputat bir neçə vətəndaşdan külli miqdarda pul alıb. Pulu qaytaracağına zəmanət kimi III və IV çağırış deputat vəsiqələrini girov qoyub. Lakin borcu vəd etdiyi vaxtda qaytara bilməyib. Eyni zamanda zərərçəkənlərə təzyiq edib. Onlar da öz növbələrində məsələni ictimailəşdiriblər. Bundan sonra Rafael Cəbrayılov mandatdan imtina barədə Milli Məclisə müraciət edib. R.Cəbrayılovun müraciəti baxılması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) göndərlib. MSK-nın qərarı ilə onun mandatı ləğv olunub. Bununla o, toxunulmazlıq hüququnu da itirib.
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO






































