Hadisə
Azərbaycana gələn avtomobildən külli miqdarda pirotexnika tapıldı - FOTO
Külli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Publika.az-a bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkəmizin gömrük ərazisinə qanunsuz yolla külli miqdarda pirotexniki vasitənin gətirilməsi barədə məlumat daxil olub. Həmin pirotexniki vasitənin Azərbaycan vətəndaşı İlqar Məmmədov tərəfindən əldə edilməsi, Bakı şəhərinin Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən “Yeni Ev” MTK yaşayış kompleksinə aid yeraltı avtomobil dayanacağında saxlanılması və daşınması bildirilib. Bu məlumat əsasında əməliyyat qrupu yaradılıb və sözügedən ünvandakı yeraltı avtomobil dayanacağına baxış keçirilib. Baxış zamanı, dayanacaqda “Toyota Land Cruiser” markalı, 90-LS-860 nömrə nişanlı minik avtomobilinin durduğu və İ.Məmmədovun 1 ədəd bağlamada olan pirotexniki məmulatı həmin nəqliyyat vasitəsinə yüklədiyi müəyyən edilib. Daha sonra avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin arxa yük yerində olan 1 ədəd bağlamada 144 ədəd “8 Shots color shots” markalı pirotexniki vasitə aşkar edilib. Dayanacaqda olan qutularda isə ümumilikdə 114 min 789 ədəd müxtəlif markalı pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq








.jpg)

























