Hadisə
Xətti dəyişmək istədi - Sakinləri qazsız qoydu
Bu gün saat 12:00 radələrində Novxanı qəsəbəsi, bağ massivində yaşayan vətəndaşlardan biri Sumqayıt Qaz İstismarı Sahəsinə məlumat vermədən qaz xəttinin yerini dəyişdirməyə cəhd göstərib.
"Azəriqaz"dan Publika.az-a verilən məlumata görə, o, həyətyanı evinin qapı keçidinin düzəldilməsi üçün özbaşına olaraq qaz təchizatını dayandırıb, nəticədə 1 200-ə yaxın abonent qazsız qalıb.
Bu barədə məlumat daxil olan kimi Sumqayıt Qaz İstismarı Sahəsinin əməkdaşları dərhal hadisə yerinə gedib və baş verənlər barədə polis orqanları məlumatlandırılıb. Qanunsuz müdaxilə edilən qaz xətti isə əvvəlki formasına qaytarılıb.
Qeyd edək ki, vətəndaş mövcud qaz xəttində hər hansı dəyişiklik etmək istəsə, ərizə ilə müraciət edərək müvafiq prosedurları yerinə yetirməlidir.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı









.jpg)


























