Hadisə
Qarabağ müharibəsi maliyyələşdirilib: izlər ermənilərə silah ötürən məmurlara aparır - - FOTO/VİDEO
Video əlavə olunub.
xxx
İyul ayının 18-də Gürcüstanın Tetricğaro rayonunda müəmmalı qətl hadisəsi baş verib.
Publika.az xəbər verir ki, şəxsi avtomobili ilə yaşadığı evdən çıxan və geri qayıtmayan 23 yaşlı Tamar Baçaliaşvilinin cansız bədəni iyulun 22-də Tetricğaro meşəsində tapılıb.
Məlumata görə, Tamar Baçaliaşvili proqram şirkətlərindən birində çalışıb. Onun qətli də məhz çalışdığı sahə ilə əlaqəli olub. Belə ki, hadisə zamanı ona məxsus olan 2 fleşkart yoxa çıxıb. İddia edilir ki, sözügedən fleşkartlarda hansısa gizli məlumatlar olub. Cinayəti törədən şəxslər də məhz onları ələ keçiriblər.
Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili bu gün qətllə bağlı sensassion açıqlama verib.

O bildirib ki, qızının telefonunu açaraq içərisində yazılmış mesajları siliblər: "Onun 2 fleşkartı var idi, biri kompüterdə biri isə açarla birlikdə idi. Hər iki fleşkart itibdir. Heç kim buna görə məsuliyyəti üzərinə götürmür".
Mərhumun anası iddia edir ki, 3 rütbəli şəxs proseslərlə bağlı maliyyə yardımı alıb:

"Gürcüstanın 3 nəfər yüksək rütbəli şəxsi mənim qızımı istifadə edərək, onun hesabına milyonlarla məbləğdə pul köçürüblər. Mənim qızım bəzi fayllar əldə edərək, onları şifrələyib. Qızım həmin faylları açaraq öyrənib ki, sözügedən 3 nəfər yüksək rütbəli şəxs tərəfindən Qarabağ müharibəsi maliyyələşdirilirmiş. Mən həmin yüksək rütbəli şəxslərin ad-soyadlarını bilmirəm. Buna görə də Azərbaycan və Türkiyə hökumətindən xahiş edirəm ki, həmin 3 məmurun adının ortaya çıxarılmasına köməklik etsinlər", - deyə qətlə yetirilən Tamar Baçaliaşvilinin anası, Teona Tamazaşvili bildirib.

Qeyd edək ki, bu gün Tetricğaroda meyiti tapılan Tamar Bacariaşvilinin yaxınları baş Prokurorluq önündə aksiya keçiriblər. Onlra Baş Prokurorluqdan qəttlə bağlı intihar maddəsini qrup halında qətl maddəsi ilə əvəz etməli olduğunu bildiriblər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

