Hadisə
"Gilan" Holding qazi Elçin Səmədova 3 otaqlı ev verdi - AÇIQLAMA
Vətən müharibəsi qəhrəmanlarından biri olan, döyüşlərdə yaralanmış Elçin Səmədova “Gilan Holding” tərəfindən Qəbələdə 3 otaqlı ev hədiyyə olunması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Publika.az xəbər verir ki, şirkət nümayəndəsinin qazini ziyarət edərkən görüntüləri yayılıb. Məlumatı dəqiqləşdirmək üçün holdinqlə əlaqə saxladıq. Şirkətin rəsmisi bildirib ki, bu barədə heç bir açıqlama verə bilməz. O, məlumatı nə təsdiq, nə də təkzib edib.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qazinin ailəsi üçün ev tikməyi öhdəsinə götürüb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov paylaşım edib.
F.Talıbov daha sonra qeyd edib ki, qəhrəmanımızın ailəsinin evlə təmin olunmasında sosial tərəfdaşımız “Gilan Holdinq” Şirkətidir: "Ailə yaxın günlərdə evlə təmin olunacaq. Belə ki, Şirkət tərəfindən Elçin Səmədovun ailəsinə Qəbələ şəhərindəki yeni tikilmiş binadan bütün şəraiti olan üçotaqlı mənzil veriləcək.
Korporativ sosial məsuliyyət prinsipindən çıxış edərək həssas qruplara qayğı göstərilməsində, sosial önəm kəsb edən nəcib təşəbbüslərdə həmişə Nazirliklə fəal tərəfdaşlığına görə “Gilan Holdinq”ə təşəkkür edirik!"
Paylaşımda bildirilib ki, nazirliyin əməkdaşları müharibədə çoxsaylı qəlpə yarası almış Elçinlə görüşüb, ailəsinin vəziyyəti, ev şəraiti ilə yerindəcə tanış olublar: "Elçin yaxın günlərdə əməliyyat olunacaq. Qəbələ şəhərində yaşayan ailə dörd nəfərdən (özü, anası, biri məktəbli olan, digər peşə təhsili alan iki qardaşı) ibarətdir. Nazirlik ağır məişət şəraiti olan vaqon evdə yaşayan ailə üçün sosial tərəfdaşların dəstəyi ilə fərdi ev tikilməsini qərara alıb.
Əsgərin anası Şükürova Vüsalə Müzəffər qızının işsiz olduğu nəzərə alınaraq öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin olunub. Ailənin ünvanlı sosial yardım almaq hüququna da baxılacaq.
Elçinin qardaşı peşə təhsilini bitirdikdən sonra onun da işlə təminatına kömək göstəriləcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

