Hadisə
Güclü külək qaz xətlərini yararsız hala saldı - FOTO
Bakıda güclü küləyin fəsadları artmaqdadır.
Publika.az-ın xəbərinə görə, Xətai rayonu, Ramiz Quliyev küçəsində ağac qaz xəttinin üzərinə aşıb.
"Qobu park-1" yaşayış massivində 3 və 4 saylı binaların arasında güclü külək diametri 57 mm olan qaz xəttini dirəklərdən yerə salıb. Abşeron rayonu, 28 May qəsəbəsi, dəmir yolunun yanında güclü külək nəticəsində daş hasar diametri 89 mm olan qaz xəttinin üzərinə aşıb.
Binə qəsəbəsi və Yeni Binə yaşayış massivini qazla təmin edən qaz xətləri də güclü küləyin təsirindən yararsız hala düşüb. Binəqədi rayonu, 1-ci Mədən, korpus 9 ünvanında aşan daş hasar diametri 25 mm olan qaz xəttini və 2 ədəd sayğacı yararsız hala salıb.
Bütün qəza briqadaları iş başındadır.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO


































.jpg)

.jpg)