Hadisə
Özbaşınalıq edən avtobus sürücüsünün görüntüsü yayıldı - BNA müdaxilə etdi
Sosial şəbəkələrdə avtobus sürücüsünün sükan arxasında mobil telefon vasitəsilə videgörüntülü danışması ilə bağlı yayılan görüntülər nəzarətə götürülüb. Görüntülərin “General Avto Kompani” firmasının müvəqqəti istismarında olan 38 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JV 443 Dövlət Qeydiyyat Nişanlı avtobusda qeydə alındığı müəyyən edilib. Sürücü Rahim Cəbrayılov sükan arxasında avtobus hərəkətdə olan zaman mobil telefonla videobağlantı qurub.
Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin yaydığı açıqlamada deyilir.
Məsələylə əlaqədar izahat verməsi üçün “General Avto Kompani” firmasının rəhbərliyi Bakı Nəqliyyat Agentliyinə çağırılıb. Bildiririk ki, sürücünün sükan arxasında mobil telefondan istifadə etməsi yol hərəkəti qaydaları əleyhinə inzibati xəta olmaqla yanaşı, həm də sərnişindaşımalarda təhlükə riskini artırır. Bu da sərnişinlərin narahatlığına səbəb olur.
Bildiririk ki, müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər xidmətin keyfiyyətli və təhlükəsiz təmin olunmasına qanunla müəyyən olunan qaydada məsuliyyət daşıyırlar. Hər bir daşıyıcı şirkət üzərinə düşən məsuliyyətə əməl etməli və bu kimi halların təkrarlanmaması üçün onlar tərəfindən ciddi tədbirlər görməlidir. Əks halda daşıma şərtlərini pozanlar sərnişindaşımalardan kənarlaşdırılacaq.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO



































