Hadisə
Güclü külək Ağsuda fəsadlar törətdi - FOTO
Martın 18-də günorta saatlarından başlayaraq əsən güclü külək Ağsu rayonunda bir sıra fəsadlar törədib.
Publika.az xəbər verir ki, külək şəhərdə Heydər Əliyev prospektində bir iri ağacı aşırıb. Ağacın böyük bir qolu səki üzərinə, digər qolu isə vətəndaşa məxsus çardağın üstünə düşüb. Saat 16:10 radələrində şəhərin bir hissəsinə, habelə Cəfərli xətti üzərindəki 30 kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Çaparlı, Daşdəmirbəyli və bir sıra digər kəndlərdə elektrik naqilləri qırılıb, bəzi evlərin dam örtüyünə, talvara ciddi ziyan dəyib.
Hazırda elektrik enerjisinin bərpası üçün 2 briqada çalışır. Güclü külək saat 17:30 radələrinədək davam edib. Şəhərdə, eləcə də kənd yaşayış məntəqələrində fəsadların dəqiqləşdirilməsi istiqamətində tədbirlər görülür.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO


































.jpg)

.jpg)