Hadisə
Gəncədə qohumlar arasında dava - ÖLƏN VAR (YENİLƏNDİ)
Gəncə şəhərində mülk üstə düşən mübahisə zamanı dünyasını dəyişən şəxsin ölüm səbəbinin infarkt olduğu məlum olub.
Şəhərin Bayan küçəsi 110 ünvanında baş vermiş ailə daxili mübahisə zamanı, 1968-ci il təvəllüdlü Əlixan Cəfərov dünyasını dəyişib. Onun qardaşı ilə mübahisə zəminində öldüyü bildirilsə də, aparılan araşdırmalar nəticəsində ürək xəstəsi olan Ə.Cəfərovun həyəcan və əsəbdən infarkt keçirdiyi məlum olub.
Qeyd edək ki, ailədə mülk üstə mübahisə yaşanıb və məhrumun sərxoş olan qardaşı ilə ailə üzvləri arasında mübahisə yaşanıb.
Faktla bağlı araşdırma davam edir. (Report)
xxx
Gəncə şəhərində yaşlı kişi ailədaxili münaqişə zəminində aldığı yumruq zərbəsindən sonra halı pisləşərək ölüb.
Publika.az xəbər verir ki, şəhərin Bayan küçəsi 110 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Əlixan Cəfərov sərxoş qardaşı ilə mübahisə edib və o, vaxt yumruq və təpik zərbələri alıb. Bundan sonra Ə.Cəfərovun halı pisləşib və yerindəcə vəfat edib.
Mübahisə zamanı məhrumun övladları, Sərxan və Elxan da üz nahiyəsindən xəsarətlər alıb. Onlara da əmiləri tərəfindən xəsarət yetirildiyi bildirilir.
Qonşuların sözlərinə görə, qardaşlar arasında mübahisə mülk üstündə yaranıb. Onlar əvvəllər də mübahisə ediblər.
Ə.Cəfərovun ölüm səbəbini öyrənilməsi üçün meyti məhkəmə-tibb ekspertizasına təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur








.jpg)



























.jpg)
.jpg)

