Hadisə
Gəncədə soyğunçuluq edən şəxslər saxlanıldı - FOTO
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinə (RPİ) şəhər ərazisindəki çörək sexlərindən birinə naməlum şəxsin pəncərədən daxil olaraq işçilərin gözü qarşısında kassanı açması və oradan 210 manat pulu açıq şəkildə talayaraq soyğunçuluq etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Müşfiq Bayramov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib.
Polis əməkdaşlarının M. Bayramovun ətrafında keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət hadisəsini də aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs şəhər ərazisində yerləşən yaşayış olmayan mənzillərdən birinə qeyri-qanuni yolla daxil olaraq oradan 1200 manat dəyərində kondisioneri oğurlayıb.
RPİ-nin əməkdaşlarının keçirdikləri daha bir əməliiyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Samir Abbasov saxlanılıb. Polis idarəsində onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan bükümdə çəkisi 13 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

