Hadisə
"Bizə Azərbaycan əsgərlərinə silahlı müqavimət göstərmək tapşırılmışdı" - Erməni terrorçu - (YENİLƏNDİ)
İclasda ifadə verən dəstənin digər üzvü Karen Aramyan bildirib ki, onlar mühafizə etdikləri ərazidə heç bir yaşayış olmayıb: "Məni komissarlığa çağırmayıblar. Noyabrın 27-də birbaşa hərbi hissəyə gətirib silah və zirehli geyim verib dağa apardılar. Bizə deyirdilər ki, sadəcə siz ərazini müşahidə edin. Dekabrın 13-də dedilər ki, bartıq, siz Ermənistana qayıdırsınız. Biz təxminən 3 saat yol gəldik. Kazaryan dedi ki, sizi aşağıda avtobuslar gözləyir. Biz yola çatanda Azərbaycan hərbçiləri ilə rastlaşdıq. Onlar bizi saxladı və silahlarımızı aldı. Biz təslim olub silahları verdik və bizi Azərbaycan əsgərlərinin müşahidəsi ilə hərbi hissəyə gətirdilər. Bizə Azərbaycan əsgərləri heç bir təzyiq göstərmədi".
Prokurorun suallarını cavablandıran Karen Aramyan bildirib ki, o, Hadrut ərazisinə gəlməkdən imtina edə bilməyib: "Mənə demişdilər ki, Hadruta getməkdən imtina etsəm, mənə cinayət işi başlayıb fərari kimi həbs edəcəklər. Hadrutda silahlı dəstələrin hansı ərazidə olmasını Kazaryan təyin edirdi. O, qərar verəndən sonra bizim postları təyin edirdilər.
Mən 2013-2015-ci illərdə Qubadlı rayonundakı hərbi hissədə xidmət etmişəm. Bilirdim ki, ora Azərbaycan ərazisidir, amma etiraz edə bilməzdim. Çünki orda ermənilər yaşayırdı".
Dəstə üzvü deyib ki, Kazaryan onları Hadrutda gətirəndə aldadıb: "Bizə demişdi ki, sülhməramlılar Azərbaycanla Ermənistanın yeni sərhədlərini müəyyən edib və bizim dayandığımız yer Ermənistanda qalıb. Biz orada olduğumuz müddətdə ərzaqı hər gün bir nəfər atla düşüb aşağıdan gətirirdi. Bizə deyirdilər ki, ərzaq Xocavənddədır. Müharibədən sonra bizə dedilər ki, siz ehtiyatda saxlanmısınız və ona görə də müharibədən sonra təyin olunan sərhədləri qoruyacaqsınız".
Hakim bildirib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında bəzi ziddiyyət var. Ona görə də prosesdə onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.
Karen Aramyan istintaqa ifadəsində bildirib ki, Kazaryanın tapşırığı ilə onları Xocavəndə gətirib Hadrutda yerləşdiriblər. Orada bildiriblər ki, Azərbaycan əsgərləri bu əraziyə yaxınlaşarsa, silahlı müqavimət göstərin".
Daha sonra Andranik Manukyan ifadəsində özünü qismən təqsirli bilib: "Etiraf edirəm ki, Azərbaycan ərazisinə qanunsuz keçdiyimi bilirdim. Lakin biz tapşırıq icra edirdik. Kazaryan sülhməramlıları ilə danışandan sonra bizi Azərbaycan ərazisinə buraxdılar. Biz xeyli yol gələndən sonra maşın dayandı, düşüb torpaq yolla meşəyə daxil olduq. Gecəyə qədər yol gəldik. Bizdən bir neçə kilometr aralıda Azərbaycan postları idi. Amma nə onlar bizə atəş açırdı, nədə biz onlara. 14 gün orada qalandan sonra bizə zəng etdilər ki, düşün aşağı. Biz qida göndərilən yerə düşdük, orada bizi erməni komandir qarşılamalı idi. Amma düşəndə gördük ki, komandir orda yoxdur, qaçıb. Təxminən yarım saat yol gedəndən sonra Azərbaycan əsgərləri ilə rastlaşdıq. Azərbaycan əsgərləri bizə dedi ki, təslim olun və silahları təhvil verin. Biz də silahlarımızı təhvil verdik".
Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o, 2015-2017-ci illərdə Tərtər rayonunun Tonaşen kəndində hərbi xidmət edib: "Müharibənin dayandırılmasından məlumatım var idi. Bilirdim ki Ermənistan kaputulyasiya aktını imzalayıb. Amma bu aktın hansı şərtlərlə imzalandığını bizə açıqlamırdılar. Bilmirdik ki, Azərbaycan hara qədər torpaqları işğaldan azad edib".
Hakim deyib ki, təqsirləndirilən şəxs istintaqda bildirib ki, onlara Kazaryanla yanaşı Artur Muradyan adlı hərbçi də rəhbərlik edib, tapşırıqlar verirmiş. Həmçinin istintaqda ifadəsində o bildirib ki, Xocavənddə xidmət etməkdə məqsədi həmin ərazilərə Azərbaycan hərbçilərinin daxil olmasına maneçilik törətmək idi".
Daha sonra ifadə verən Eduard Giraqusyan bildirib ki, onu hərbi hissəyə çağırıblar və hərbi ləvazimatla təmin ediblər: "Bizə Ermənistan ərazisindəki postlara gedəcəyimizi bildirdilər. Mən özüm də Ermənistan ərazisində postlara çıxacağımı bildirdim. Sonra gecə bizi avtobusa mindirdilər, apardılar. O tərəflərdə heç vaxt olmamışdım. Səhər açılanda gördüm ki, Laçına gəlmişik. Sonra bizi "Ural" maşınına mindirdilər. 10-15 dəqiqə gedəndən sonra Rus sülhməramlılarını gördük. Təxminən 45 dəqiqə gedəndən sonra yol olmadığı üçün piyada getməyə başladıq. 2-3 saat çətin yollarla getdik. Bizi postlara yerləşdirdilər. Bizə göstəriş verdilər ki, burada tərəflər arasında atəşkəs pozulmayacaq. Atəşkəsi pozan tərəf mühakimə olunacaq. Bizə sayla patron veriblər. Bir dəfə havaya atəş açmışıq. O da çörək gətirəni bilmək üçün".
Eduard Giraqusyan qeyd edib ki, postdan düşəndən sonra bir qədər gediblər və qarşılarına tonqal başında əyləşən şəxslər görüblər: "Onlar bizə təslim olmağı bildirdilər. Biz kiçik adam olduğumuz üçün onlara atəş açmadıq və təslim olduq. Bizi bir kəndə gətirdilər. Orada bizi Azərbaycan maşınlarına mindirdilər, bilmədiyimiz yerə gətirdilər".
Təqsirləndirilən şəxs deyib ki, postda olduqları zaman cəmi bir dəfə atəş açıblar: "Hava dumanlı və çənli olduğu üçün yerimizi bilmirdilər. Gümrü şəhərində idman müəllimi olmuşam. Andranik Manukyanla eyni ərazidə müəllim işləsək də, bir-birimizi tanımamışıq. Burada bir-birimizi görmüşük".
Təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər olduğundan onun istintaqa verdiyi ifadəsi elan olunub.
Ziddiyyətlər ondan ibarətdir ki, onlar istintaqa Azərbaycan hərbiçilərinə müqavimət göstərmək barədə rəhbərliklərindən tapşırıqlar aldıqlarını deyiblər. Onun ifadəsinə görə, Azərbaycan ərazisində olduqlarını biliblər.
Digər təqsirləndirilən Gevorg Martirosyan ifadəsində bildirib ki, Dağlıq Qarabağda yerləşən qanunsuz orduda kiçik çavuş rütbəsində xidmət edib: "Oranın Azərbaycan ərazisini olduğunu bilməmişəm. Biz öz qulluğumuzu yerinə yetirmişik".
Onun da məhkəmədəki ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadəsi arasında ziddiyyətlər olub.
İstintaqa ifadəsində bildirib ki, məqsədləri Azərbaycan ordusunun mövqelərinə hücum etmək olub: "Arsen Kazariyan olduqları yerin Ermənistan ərazisi oldunu deyib. Biz də ona inanmışıq. Ermənistan ordusuna qoşulmaqda məqsədimiz üzərimizdə olan silahlarla Azərbaycan ordusuna basqınlar etmək olub".
Təqsirləndirilən Volodya Akopyan məhkəməyə verdiyi ifadəsində deyib ki, onlara atəş açmamağı qəti tapşırıq veriblər, bir hadisə olduqda isə Rus sülhməramlılarına məlumat vermək barədə göstəriş alıblar.
O deyib ki, Qarabağa döyüşməyə könüllü getməyib və məcbur aparıblar: "Müharibəyə getməsəydim, məni mühakimə edəcəkdilər. Bilsəydik ki, ora Azərbaycan ərazisidir, ora getməzdik. Biz həmin ərazilərin Azərbaycan ərazisi olduğunu bilməmişik".
O qeyd edib ki, dağda olan postda onlar 62 nəfər olublar, Gümrüdə olan 40 nəfər isə Arsen Kazariyan ilə birlikdə olublar: "Bizim həmin şəxslərlə əlaqəmiz olmayıb, bir yerdə olmamışıq. Mənim Azərbaycan ordusuna hücum etmək fikirim olmayıb. Əgər belə bir hal olsaydı, mən özüm silahı yerə atardım".
Növbəti proses iyulun 5-də saat 10.00-da davam edəcək.
13:47
Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib.
Daha sonra dövlət ittihamçısı Vüqar Quliyev ittiham aktını elan edib. İttihama görə, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçiblər. Onlar Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutublar. 13 dekabr 2020-ci ildək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər bildiriblər ki, onlara ittihamın mahiyyəti aydındır, onlar ittiham üzrə özlərini təqsirli bilməyiblər.
Hakim bildirib ki, əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsi ilə proses davam edəcək, daha sonra şahidlər dindiriləcək, sonda isə sənədlərin tədqiq mərhələsi keçiriləcək.
Daha sonra Qevorkyan Robert Ovikoviç sərbəst ifadə verib. Bildirib ki, onlara qarşı verilmiş ittihamlarla razı deyil.
O, Qarabağa gəlməsindən danışıb: "Bizi noyabrın 26-da hərbi hissəyə çağırdılar, bizə silahlar verdilər. Noyabrın 27-də biz artıq postlarda idik. Orada biz başa düşdük ki, artıq Laçındayıq. Laçında Rüs sülhməramlılarının gördük. Komandirlərimiz sülhməramlılarla danışdılar. Onların razılığı ilə yolumuzu davam etdirdik. Bir qədər getdikdən sonra maşından düşdük, yolumuzu piyada davam etdik. Yolda erməni əsgərlərini aşağı düşdüyünü gördük. Yuxarıda isə azərbaycanlı və erməni hərbçilərinin arasında sülhməramlılar var idi. Biz orada 14 gün qalmalı idik. Komandirlərimiz bizə Azərbaycan hərbiçilərinə atəş açmamaq barədə göstəriş vermişdi. Hətta Azərbaycan əsgəri belə yaxınlaşsa, onlara atəş açmamağı tapşırmışdılar.
Əmr gəldi ki, dağdan aşağı düşək. Oradan da bizi Ermənistana aparacaqdılar. Aşağı düşəndə komandirlərimiz yox idi. Qarşımıza yaşmanın əsgərləri çıxdı. Həmin əsgərlərin komandiri özünü təqdim etdi, bizə silahları yerə qoyun təslim olun. Onlar bizə dedilər ki, təslim olandan sonra sizi rus sülhməramlılarına təhvil verəcəklər. Bizdə təslim olduq".
Prokurorluq suallarına cavab verən təqsirləndirilən şəxs bildirib ki, onlar hərbi hissəyə çağırılanda müharibənin bitdiyini biliblər: "Bizi ehtiyat qüvvə kimi cəbhəyə apardılar. Orada olan əsgərləri əvəz etməliydik, əsgərlər dincəlməli idilər. Ümumilikdə 100 nəfər idik, bizi bir avtobusla dağa apardılar".
Təqsirləndirilən şəxsin sözlərinə görə, müharibənin bitməsi ilə bağlı imzalanan sənədin məzmunundan xəbəri olmayıb: "Biz hesab edirdik ki, sülh müqaviləsi ilə bağlı atəşkəs elan olunub. Biz olduğumuz yer Laçın ərazisi idi. Əvvəllər Laçın ərazisində olmamışam. Dağda olanda komandir Arsen Kazaryan olub. Rütbəsi də mayor idi. Biz onu komandir kimi qəbul etmişik, ona tabe olmuşuq".
Təqsirləndirilən şəxs deyib ki, sülhməramlıların postundan keçən zaman qeydiyyatlarının aparılması ilə bağlı heç nə bilməyib, sülhməramlılarla komandirləri danışıb.
Qevorkyan Robert Ovikoviç bildirib ki, dəstənin rəhbəri Geverkiyan olub: "Bizə orada dedilər ki, bu ərazilər Ermənistan tərəfdə qalıb, erməni əsgərləri öz mövqeyində qalıblar. Laçın ərazisinin Azərbaycanın olduğunu bilməmişəm".
Daha sonra təqsirləndirilən şəxs müdafiəçilərin suallarını cavablandırıb. Təqsirləndirilən şəxs bildirib ki, ailə üzvləri ilə danışıb, onlar Laçında olduğu biliblər.
Prokurorun vəsarəti əsasında Qevorkyan Robert Ovikoviçin ibtidai istintaqda verdiyi ifadəsi elan olunub. İstintaqa verdiyi ifadəsində deyib ki, Arsen Kazariyandan əlavə onların Artur adlı rəhbərləri də olub: "Biz iki saata yaxın yol gəldik. Dağa çatanda içində hərbiçilər olan maşınla rastlaşdıq. Bizi Arsen Kazariyan dağa apardı. Kazariyanla birlikdə erməni əsgərlərdən aşağı endilər. Biz dekabrın 13-dək orada qaldıq. Məqsədimiz orada mövqelərimizi qorumaq idi, bizə yaxınlaşan əsgərlərə silahlı müqavimət göstərmək tapşırılıb. Arsen həmin ərazilərin Ermənistana aid olduğunu deyib, bizdə ona inanmışıq. Orada bölgü ilə xidmət aparmışıq. Dekabrın 13-də rəhbərimiz olan Qrac Arsen Kazariyanla danışdı. Bizim dağdan aşağı düşməyimizu Arsen əmr verdi".
Prosesdə bir saat fasilə elan olunub.
xxx
Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edir.
Proses Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında keçirilir.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixində keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərk-silah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş İdarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Dəstə üzvləri Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunublar.
-
Region01:21
Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ
-
İdman00:30
Ronaldonun saat brendi: modellərdən birində görün nə var - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gizli müsbət imkanlar ortaya çıxa bilər
-
Avto13 Oktyabr 23:36
Alverçilərə bəd, maşın almaq istəyənlərə ŞAD XƏBƏR - Artıq Azərbaycanda da mümkün oldu
-
Magazin113 Oktyabr 22:36
Günay yeni fotoları ilə diqqət çəkdi -
-
Magazin113 Oktyabr 21:36
Azərbaycanlı gəlin Vandamın vəfat edən anasından yazdı: "Nəvənizə yaxşı baxacam" - FOTOLAR
-
Sosial13 Oktyabr 21:12
Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ
-
İdman13 Oktyabr 20:24
28 yaşlı idmançı qəflətən VƏFAT ETDİ - FOTO