Hadisə
“Lotu Quli”nin qətlində Lənkəranskinin qardaşı şübhəli bilinir
Xəbər verdiyimiz kimi, Türkiyə polisi “Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətlində əli olan cinayətkar qruplaşmaya qarşı xüsusi əməliyyat keçirib.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, eyni zamanda dörd əyalətdə keçirilmiş xüsusi əməliyyat zamanı tanınmış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevə yaxın olan şəxslər saxlanılıb.
Polis jurnalistlərə Nadir Səlifovun qətlə yetirilməsindən dərhal sonra şübhəlilərin hoteldən qaçdığı videogörüntüləri təqdim edib. Türkiyə KİV-in məlumatına görə, Namiq Canıyevin saxlanılmasına dair xüsusi əməliyyat başlanıb. Qeyd edək ki, N. Canıyev Azərbaycan Dövlət Gömrük Komitəsinin Keşlə yük stansiyasının gömrük postu rəisi vəzifəsində çalışıb, gömrük polkovniki rütbəsi daşıyıb.
Türkiyə nəşrləri xatırladır ki, “Lotu Quli” Rövşən Lənkəranskinin qətlinin sifarişçisi hesab olunurdu.
“Lotu Quli”nin özü ötən ilin avqustunda Antalyada hotellərin birində güllələnib. Onu yaxın adamı Xan Əhmədlinski (Xəqan Zeynalov) qətlə yetirib. O, hadisə yerindən qaçıb gizlənməyə cəhd göstərərkən saxlanılıb.
Səs-küylü cinayətdən dərhal sonra belə bir versiya meydana çıxdı ki, “kriminal kral”ın aradan qaldırılmasının arxasında Azərbaycanın digər kriminal avtoriteti – 2016-cı ildə qətlə yetirilmiş Rövşən Lənkəranskinin klanı dayanır. (qafqazinfo)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
