Hadisə
TIR DYP maşınına çırpıldı - Polis AĞIR YARALANDI (YENİLƏNDİ)
Cəlilabadda yol qəzasında xəsarət alan polis əməkdaşının kimliyi məlum olub.
Publika.az "Report"a istinadla xəbər verir ki, qəza nəticəsində polis serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə ağır kəllə-beyin travması alıb.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə şahidlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, “Hyundai” markalı minik avtomobili idarəetməni itirib və Yol Patrul Xidmətinin avtomobili ilə toqquşub. Daha sonra "Man" markalı yük avtomobili hər iki avtomobilə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Cəlilabad rayonunda yol qəzası baş verib.
Hadisə yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, TIR markalı yük avtomobili Yol Patrul Xidməti avtomobilinə çırpılıb.
Hadisə nəticəsində polis əməkdaşı ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi

















.jpg)

















.jpg)

.jpg)