Hadisə
İlan sancan şəxsin həyatını polislər XİLAS ETDİ
May ayının 29-da Ağcabədi rayon sakini Səfər Əliyev tanışı Rövşən adlı şəxslə birlikdə Haramı düzünə ot yığmağa gedib. İşləyərkən onu sağ əlindən ilan sancıb. Rövşən öz motosikleti ilə Səfəri həkimə çatdırmaq istəsə də, axşam saatları olduğu üçün yolu azaraq, səmti itiriblər.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlar uzaqdan yanan işığı görüb ora tərəf istiqamət götürüblər. Polis postuna çatanda Füzuli rayonu ərazisindəki Alxanlı kəndində olduqlarını bilblər. Polis əməkdaşlarına vəziyyəti izah elədikdə, onlar dərhal zərərçəkmişi xidməti avtomaşınla xəstəxanaya aparıblar.
S.Əliyev deyir:
-Yolda gedərkən artıq zəhərin təsirindən yaranan ağrılar güclənmişdi. Polis əməkdaşları tez məni xəstəxanaya çatdırmağa çalışdılar. Tələsik getdiyimizdən yolda qəza baş verdi və polis əməkdaşları xəsarət aldılar. Buna baxmayaraq onlar yaxından keçən avtomaşını saxladaraq məni xəstəxanaya yola saldılar. Sonradan öyrəndim ki, onlar Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları, Gəncalı Qəmbərov və Elmir Pənahlıdır. Mən bu gün polislərimizin fədakarlığı səbəbindən həyatda qaldım. Onlara bir ömür boyu minnətdaram. Polislər mənim həyatımı xilas edərkən öz həyatlarını təhlükəyə atdılar. Mən bu cür polislərlə fəxr edirəm. Xəsarət alan polis qardaşlarıma tez sağalmalarını arzulamaqla onlara özüm və ailəm adından minnətdarlığımı bildirirəm. Polisin bu fədakar fəaliyyətinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm.
Hal-hazırda G.Qəmbərovun müalicəsi xəstəxana şəraitində davam etdirilir. Tez bir zamanda ayağa qalxaraq xidməti faəliyyətini qaldığı yerdən davam etdirməsini arzu edirik. E.Pənahlının səhhətində heç bir problem yoxdu, o xidmət başındadır.
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı
































.jpg)
.jpg)




