Hadisə
Badamdardakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Məlumat verildiyi kimi, 25 iyul 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, hadisə barədə 00:10-da daxil olmuş məlumat əsasında 00:20-də ilk yanğından mühafizə bölmələri hadisə yerinə çatıb. Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində havanın küləkli olmasına baxmayaraq, yanğın geniş əraziyə yayılmasının, yamacın yuxarı və aşağı hissələrində yerləşən yaşayış evlərinə tərəf genişlənməsinin qarşısı alınaraq saat 01:10-da söndürülüb.
Yanğın nəticəsində, təqribən, 10 hektar sahədə quru ot və kol-kos, bir neçə yeni əkilmiş ağac, suvarma sistemləri üçün nəzərdə tutulmuş plastik su boruları 100 p.m. yanıb.
Qeyd edək ki, sürüşmə zonası olan ərazinin relyefinin mürəkkəbliyi səbəbindən yanğınla mübarizə tədbirlərində yanğın texnikalarının tətbiq edilməsi mümkün olmadığından yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunub.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ərazidə olub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
