Hadisə
Qonaqkəndi sel basdı - FOTO
Avqustun 14-də Qubanın dağlıq ərazilərində yağan güclü leysan yağışları nəticəsində yaranan sel rayonun Qonaqkənd qəsəbəsində bir sıra fəsadlar törədib.
Qısamüddətli leysan yağışı səbəbindən yaranan sel suları Quba-Qonaqkənd yolunun 43-49-cu kilometrliyini basıb. Qəsəbənin içərisindən keçən yol 40-50 santimetr hündürlüyündə lil qatı ilə örtülüb. Qəsəbədəki 50-dək evin həyəti də su içindədir. Sel nəticəsində sakinlərdən xəsarət alan olmayıb.
Quba Rayon İcra Hakimiyyəti başçısının Qonaqkənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Söhrab Məmmədov bildirib ki, bu gün səhər saatlarından selin fəsadlarının aradan qaldırılması işlərinə başlanılıb. “Uzun müddətdir yağış yağmırdı. Ötən gün cəmi 10-15 dəqiqə leysan yağışı yağdı. Sel suları qəsəbənin mərkəzi küçəsini basıb. Yolun iki kilometrlik hissəsi selin gətirdiyi lil və tullantılarla dolub. Artıq yol traktorlar vasitəsilə təmizlənir”, - deyə Söhrab Məmmədov söyləyib.
Qubadakı 11 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikaları yolun lildən təmizlənməsini həyata keçirir. Artıq yolda avtomobillərin hərəkəti təmin olunub.
Sel qəsəbənin elektrik və qaz təsərrüfatına ziyan vurmayıb.
Qubanın digər kəndlərinə də qısamüddətli leysan yağışları yağsa da, fəsadlar qeydə alınmayıb.(AzərTAc)
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur








.jpg)



























.jpg)
.jpg)

