Hadisə
Bakıda ağır yol qəzaları – 3 NƏFƏR ÖLDÜ
Ötən gecə Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib.
Publika.az xəbər verir ki, gecə saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Bəhruz Bağırov idarə etdiyi “Daewoo Centra” markalı avtomobili qarşıda gedən Şamaxı rayon sakini H.Bağırovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Bağırov orada ölüb.
Bundan başqa gecə saatlarında Səbail rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Azər Əliyev vurulub və nəticədə o, hadisə yerində ölüb.
Daha bir ağır qəza Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində baş verib. Cəlilabad rayon sakini Yaşar Süleymanlı idarə etdiyi “Mercedes” markalı yük avtomobilini aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Hər bir faktla bağlı araşdırma aparılır.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)



.png)

























