Hadisə
Bakıda itkin düşən uşaq tapıldı
Bakıda 20 gündür ki, itkin düşən 12 yaşlı uşaq polislər tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Binəqədi rayon sakini olan Xalid Əmirxanov Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək oğlu 12 yaşlı Əmirxanın itkin düşməsi barədə məlumat verib. O, izahatında oğlunun 20 günə yaxındır ki, evdən çıxdığını və geri qayıtmadığını bildirib.
Məlumat daxil olan kimi dərhal azyaşlının axtarışlarına başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində 12 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib.
Araşdırma zamanı müəyyən edilib ki, o, evdə olmadığı müddətdə paytaxt ərazisində müxtəlif məkanlarda, əsasən də avtomobil dayanacaqlarında küçə ticarəti ilə məşğul olub. Polis Bölməsində azyaşlının valideyni ilə profilaktik söhbətlər aparılıb.
Ona övladının təlim-tərbiyəsi ilə ciddi məşğul olması tövsiyə edilib: "Bir daha valideynlərə müraciət edərək bildiririk ki, övladları daim nəzarətdə saxlamaqla baş verə biləcək belə halların qarşısını vaxtında alsınlar".
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi

















.jpg)

















.jpg)

.jpg)