Hadisə
Bakıda ailə zorakılığının dəhşətli sonu: 8 yaşlı qız özünü 13-cü mərtəbədən atdı, anası isə... - - VİDEO
Video əlavə olunub.
xxx
Ötən ilin noyabr ayında Bakı şəhər Nizami rayonu Mehdi Abbasov küçəsində yerləşən çoxmərtəbəli binada 8 yalı Fərəh Nadirovun özünü 13-cü mərtəbədən ataraq intihar etdiyi hadisənin şok təfərrüatları üzə çıxıb.
Publika.az xəbər verir ki, azyaşlı qızın intiharı ilə bağlı Cinayt Məcəlləsinin 125-ci (özünü ölürmə həddinə çatdırma) maddəsi ilə yanaşı qızın atası 1981-ci il təvəllüdlü Vahid Nadirovun həyat yoldaşı Dilarə Nadirovu mütəmadi döyməsi və digər iztirablar verməsi ilə bağlı Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə - güclü fiziki ağrı və ya psixi iztirablar verməklə) maddəsi ilə iş açılıb. Nizami rayon Məhkəməsində V.Nadirova 133-cü maddə üzrə açılmış iş üzrə aparılan məhkəmə prosesində şok faktlar üzə çıxıb. Azyaşlının anası, zərərçəkmiş şəxs qismində tanınan Dilarə Nadirova həyat yoldaşının hadisənin baş verdiyi gün onu vəhşicəsinə döydüyünü, qızı Fərəhin onları ayırmağa çalışdığını, uşağın daha sonra müəmmalı şəkildə eyvandan yerə düşərək ölüyünü deyib. O, qızının ölümündə həyat yoldaşı Vahidin birbaşa təqsirkar olduğunu bildirib:
Evlənəndən 1 ay sonra dəyişdi
“2010-cu ildə Vahidlə rəsmi nikaha daxil olmuşam, lakin evlənəndən 1 ay sonra o dəyişdi, onun içki aludəçisi olması məlum oldu. 2020-ci ilin iyul ayında mən və valideynlərim ilkin ödəniş etməklə Mehdi Abbasov küçəsindəki binanınn 13-cü mərtəbəsində yerləşən 4 nömrəli mənzili alıb oraya köçdük. Birlikdə yaşadığımız 10 il ərzində dəfələrlə Vahidlə münasibətləri korlanmışdı və bir müddət Vahiddən ayrı yaşamışam. Buna səbəb Vahidin tez-tez sərxoş vəziyyətdə mənimlə mübahisə edib dalaşması, məni döyərək müxtəlif formalarda işgəncə verməsi, ailəyə diqqət göstərməməsi, evin xərclərini tam təmin etməməsi, qazandığı pulları spirtli içkilərə xərcləməsi, başqa qadınlarla münasibətdə olması olub. Vahid dəfələrlə qızım Fərəhin gözü qarşısında məni döyüb, işgəncə verib. Fərəh hər dəfə araya girib “ata anamı döymə, ata anamı öldürmə, ata anamı burax” deyirdi. Vahidlə bir neçə dəfə rəsmi qaydada ayrılmaq qərarına gəlmişəm və boşanmaq üçün 2017-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişəm. Lakin Vahid həmin ərəfədə mənimlə əlaqə saxlayıb “məndən ayrılsan, səni və ailə üzvlərini öldürəcəm” sözlərini deməklə hədələdi. Buna görə də qorxub iddia ərizəsini geri götürdüm. Həmçinin 2017-ci ildə məni döyməsi barədə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PB-nə müraciət etmişdim, lakin Vahidin hədələrindən qorxub həmin ərizəni də geri götürmüşəm”.
Duş kabinası qırılıb üstünə töküldü
Zərərçəkən qadın qızının intihar etdiyi gün baş verən hadisələrdən də bəhs edib. O bildirib ki, həyat yoldaşı 19.11.2020-ci il tarixdə evə gözləri qızarmış, “kefli” vəziyyətdə gəlib: “Vahid evə gələndə də “Bizon” içkisi alıb gətirmişdi, evdə həmin içkini içdi. Fərəh yataqda uzanıb yuxuya getmişdi. Vahid evin qapısına baxıb “bu nə qapıdır qoyublar, bu necə qapıdı düzəldiblər” dedi, Mən də cavabımda “usta adamsan bəyənmirsən təmir edərsən” dedim. Vahid isə mənə mənzildə heç bir iş görməyəcəyini bildirdi, bu zaman mübahisə yarandı və Fərəh səsə oyandı. Vahid pultu üstümə ataraq qışqıraraq “səsini kəs” dedi və məni divara dirəyərək “səni öldürəcəm, səni boğacam, sən yaşamayacaqsan” deyərək, valideynlərimi, bacımı nalayiq ifadələrlə təhqir etdi. Mən də ona cavab qaytardım. Vahid məni divara dirəyib boğmağa başladı, çıxmaq istəyəndə yenə məni divara itələdi. Fərəh də aramzda qalıb “ata anamı burax, öldürmə” deyirdi. Sonra məni yatağa atıb üstümə çıxıb yenə boğmağa başladr. Bu zaman burnumu, ağzımı tutmuşdu ki, səsimi çıxarda bilməyim. Sonra ayaqlarımdan tutub yerə atıb yerdə döyməyə başladı. Fərəh gəlib bizi birtəhər ayırdı. Həmin gün Vahidə dedim ki, “qurban olum, yalvarıram sənə evə gəlmə, imkan ver mən də özümə gəlim, sən də özünə gəl”. Vahid isə dedi ki, “bundan sonra acığa hər gün evə gələcəm”. Noyabr ayının 19-da olan münaqişədən sonra hadisə gününədək Vahid ilə danışmadım, birlikdə yaşasaq da, bir dəfə də olsun söhbət etmədik. 27 noyabr 2020-ci il tarixdə saat 21:30 radələrində Vahid evə gəlib aldığı ərzağı qonaq otağına və mətbəxə aparıb qoydu, sonra isə hamama keçdi. Artıq hərəkətlərindən, davranışlarından və evə girən zaman hamama girməsindən onun yenə də, spirtli içki qəbul etməsini başa düşdüm. Vahid çimərkən içəridən şaqqıltı səsi gəldiyi üçün hamama tərəf getdim, qapını açdıqda duş kabinəsinin şüşələrinin qırıldığını, şüşələrin Vahidin çiyninə və ayaqlarına düşməsi səbəbindən üst-başının qan içində olduğunu gördüm. Səsə artıq Fərəh də yuxudan oyandı. Ondan nə baş verdiyini soruşduqda Vahid isti su ilə çox çimdiyinə görə şüşələrin istidən qırıldığını bildirdi. Mən Vahidə əlimi uzadaraq dedim ki, “əlini ver mənə kömək edim oradan çıx”, Vahid isə cavabında “sənin əlin mənə lazım deyil” dedim, Fərəhi çağırdım, ondan yod və spirt gətirməyini istədim. Fərəh tez gətirdi, mən də Vahidə verdim. Vahid hamamdan çıxanda ayağı sürüşüb yıxıldı. Yenə ona əl uzatdım, lakin Vahid rədd etdi. Vahid məndən yaralarına periks, yod tökməyini istədi, mən də tökdüm. Sonra ona dəsmal verdim və bürünüb hamamdan çıxdı”.
Uşağın ardınca məni də pəncərədən atmaq istəyirdi
Dilarə Nadirova qeyd edib ki, hamamda yıxılan həyat yoldaşı daha sonra yataq otağına gələrək qızı və onunla üzbəüz oturub. Başa düşdüm ki, Vahid yenə mübahisə edəcək, özünü kəsməyinin acığını bizdən çıxacaq. Mən 27.11.2020-ci il tarixdə Vahidlə mübahisə etməmişəm, nə deyibsə susmuşam, cavab qaytarmamışam. Yalnız özümün və uşağımın canını qurtarmağı fikirləşmişəm. Vahid çaynikin suyunu dəyişməyini bəhanə edərək mənim arxamca mətbəxə gəlib divara dirədi və qarnından yumruqla vurdu, sonra saçımdan tutub sürüyə-sürüyə yataq otağından hola gətirib yerə yıxdı. Fərəh də qaçıb yanıma gəldi. Vahid gəlib başımı yerə vurmağa başladı, burnumdan qan açıldı. Mən “burnumdan qan da açıldı, bəsdir də, nə istəyirsən” dedi. Vahid “öldürəcəm səni” dedi. Məni stulun altına salıb bədənini üstümə qoyub ayaqlarımı bağladı, əllərimi tutdu, gah burnumu, gah ağzımı tuturdu ki, nəfəs ala bilməyim. Fərəh ağlaya-ağlaya yalvararaq “ata nə olar burax anamı, öldürmə” deyirdi. Vahid Fərəhə, onun göz yaşlarına, çabalamasına əhəmiyyət vermirdi. Vahid qulağımı dişləyib qanatdı. Sonra barmağımdan yapışıb ağzına saldı ki, indi barmağını qopardacam. Fərəh yenə də “ata, eləmə, burax” deyərək yalvarırdı. Sonra Vahid artıq taqətimin qalmadığını, boğulduğumu görüb buraxdı. Fərəhi götürüb qapını açıb getmək istədim, bu zaman Vahid yenə arxadan məni tutub “hara gedirsən” deyərək, dala darta-darta içəri saldı. Vahid Fərəhin əlini mənim əlimdən ayırıb, iki qolunun altından tutub sürüyə-sürüyə yataq otağına apardı, Fərəhə “burdan çıxsan meyidini sərərəm sənin” dedi və qapını örtdü. Mən şok vəziyyətində idim. Vahid yenə məni yerə yıxıb döyməyə başladı, holdan sürüyərək mətbəxə apardı, orada da yenə döydü, başımı yerə çırpdı. Həmin gecə Vahidin məqsədi artıq məni öldürmək idi. Birtəhər qalxdım, dizimin üstündə oturdum, bir anlıq başım getdi. Bu zaman Vahid məni buraxıb balkon tərəfə çıxdı, balkona getməyi ilə qayıtmağı heç bir dəqiqə çəkmədi. Vahid qayıdana artıq özümü toplayıb ayağa qalxmışdım. Vahid yenə məni tutub dartaraq mətbəxdən hola gətirdi, yaxamdan tutub balkona aparmaq üçün dartdı, mən də müqavimət göstərdim. Yenə başıma, bədənimə vururdu, burnunu, ağzını tuturdu ki, ölüm. Həmin vaxt Vahidin şalvarını geyindiyini görüb başa düşdüm ki, Vahid bu hadisəni törədib qaçmaq istəyir. Mən “hara gedirsən, bunlara görə cavab verəcəksən” dedim. Bu zaman Fərəhin olduğu otaqdan səs gəlmədiyinə görə həmin otağa daxil olduqda otaqda uşağı görmədim. “Fərəh, Fərəh” deyib onu səslədim. Cavab gəlmədiyi üçün fikirləşdim ki, Fərəh qorxusundan gizlənib, ona görə də otaqda olan şkafa baxdım, lakin Fərəhi tapa bilmədim. Yataq otağının qapısını açdıqda pəncərənin önündə asılmış pərdə və pəncərənin açıq vəziyyətdə olduğunu gördüm. Arxamca Vahid də otağa girdi, pəncərəyə yaxınlaşıb baxdı və Fərəhin orada olmadığını dedi. Tez otaqdan çıxıb liftə tərəf getdim, Vahid də arxamca gəldi. Mən 13 mərtəbəni “Fərəh” deyə-deyə pilləkənlərlə düşdüm, Vahid isə liftlə düşdü. Qapını açdıqda qonşuların, bəzi polislərin orada olduğunu gördüm. Nitqim tutulmuşdu, danışa bilmirdim. Bir neçə dəqiqədən sonra qonşulardan biri Fərəhin meyitinin binanın ikinci mərtəbəsində olan eyvanın yanındakı beton çıxıntının üzərində olduğunu bildirdi. Uşağının ölüm səbəbi birbaşa Vahiddir. Fərəhi pəncərədən Vahid atıb. Vahid məni sürüyə-sürüyə mətbəxə aparanda deyirdi ki, məni 13-cü mərtəbədən atmağa aparır. Məni atmaq istəyirdi ki, sonra desin uşaqdan sonra anası da özünü atıb”.
Məhkəmədə Vahid Nadirov uşağın özünün özünü atdığını bildirib. O, hadisənin baş verdiyi gün evdə dava-dalaşın baş verdiyini, lakin uşağa qarşı zorakılıq etmədiyini deyib.
İfadə verən qnşular onlardan tez-tez səslərin gəldiyini, dava-dalaşın düşdüyünü təsdiq ediblər.
Nizami rayon Məkəməsi V.Nairovu Cinayət Məcəlləsinin 133.1-ci maddəsi üzrə təqsirli bilərək onu 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Muxtar
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO