Hadisə
Təcavüzə məruz qalan 11 yaşlı qız başına gələnləri DANIŞDI: Mənə dərman verib... - - VİDEO
İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Publika.az xəbər verir ki, qızın nənəsi Sənubər Şükürova hadisənin detallarını danışıb.
O bildirib ki, uşağın anası soğan yığmağa gedərkən atalığı Qurban ona dərman verərək yatırıb və yuxuya getdikdən sonra ona təcavüz edib: "Atalığı Qurban uşağı qorxudub. Anası soğan yığmağa, çörək bişirməyə gedirmiş. Uşaq da evdə tək qalırmış. Nəvəm dedi ki, mənə dərman verdi, sonra oyananda gördüm ki, bu vəziyyətdəyəm. Deyib ki, heç kəsə heç nə demə".
Nənəsinin uşağı danışdırarkən çəkdiyi videogörüntüdə qızcığaz özü də bu faktı təsdiq edib. O, nənəsinə bildirir ki, atalığı ona iki dəfə təcavüz edib.
xxx
Xəbər verdiyimiz kimi, İmişlidə 11 yaşlı qız ana olub.
Publika.az xəbər verir ki, "ARB xəbər"ə danışan 11 yaşlı qızın nənəsi Sənubər Şükürova əvvəl uşağın qarnına su yığıldını zənn edib. Həkimə müayinəyə apardıqdan sonra məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.
Nənəsinin sözlərinə görə, uşaq ögey atası tərəfindən təcavüzə məruz qalıb. Hadisələr isə qızın anasının işdə olduğu zamanlarda baş verib.
Azyaşlı qız qeysəriyyə yolu ilə əməliyyat olunub. Ana reanimasiya bölməsinə yerləşdirilib, körpənin vəziyyətinin yaxşı olmadığı bildirilir.
Qeyd edək ki, Baş Prokurorluqda faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.
Hadisənin təfərrüatları ilə bağlı videonu təqdim edirik:
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu











.jpg)















.jpg)







.jpg)


