Hadisə
32 şəhidin məzarı açıldı və... - BUNA GÖRƏ
Bu gün sosial şəbəkədə Bakı şəhərindəki Şəhidlər xiyabanında bəzi məzarların sınmış olduğu və onların üzərində şəkillərin olmaması ilə bağlı məlumat yayılıb.
Publika.az Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestindən məsələ ilə bağlı verilən məlumata görə Respublika Hərbi Prokurorluğunun təqdimatı və Bakı Hərbi Məhkəməsinin 3 iyun 2021-ci il tarixli Qərarı əsasında birinci Şəhidlər Xiyabanı dəfn edilmiş 23 və ikinci Xiyabanda isə 9 naməlum şəhid məzarından meyitin qəbirdən çıxarılması (ekshumasiya) aparılıb. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.
Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə meyitlərin kimliyinin müəyyən edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir.
Sosial şəbəkədə qeyd edilən məzarlar da həmin məzarlardır. Burada dəfn edilənlərin kimliyi müəyyən edildikdən sonra isə həmin məzarlar şəhidlərin şəkili və onlar barədə məlumatlarla birlikdə yenidən düzəldiləcəkdir.
Məzarlarla bağlı məlumatı bilərəkdən düzgün göstərməmək, insanlarda çaşqınlıq yaratmaq və bundan öz siyasi məqsədləri üçün istifadə etmək yolverilməzdir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
