Hadisə
“İnvestAZ”dakı 1 milyonluq dələduzluq... - Akgün narazıdır
Azərbaycanın məşhur forex şirkətlərindən biri olan “İnvestAZ”ın vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırmasının davam etməsi barədə məlumat vermişdik. Şirkət bəraət alsa da, prokuror bu hökmdən apellyasiya şikayəti verib. Daha sonra prokuror apellyasiya şikayətini geri götürüb. Amma zərərçəkən şəxs bu qərardan narazıdır.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, söhbət “İnvestAZ”ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümid Akcanın barəsində olan cinayət işi üzrə çıxarılmış məhkəmə hökmündən gedir.
Qeyd edək ki, adı çəkilən şəxslərə qarşı cinayət işi türkiyəli iş adamı Yunus Akgünün şikayəti əsasında açılmışdı.
1 milyon dollarının mənimsənildiyini iddia edən iş adamı Türkiyə mətbuatına açıqlamasında qeyd edirdi ki, “İnvestAZ”da öz hesabında olan pul onun razılığı olmadan xaricdə başqa bir şirkətin hesabına köçürülüb.
İş adamı bununla bağlı Bakıya da gələrək şirkət rəhbərliyi ilə görüşüb, rəsmi qurumlara müraciətlər edib.
Y.Akgünün İstanbul Prokurorluğuna şikayətindən sonra “İnvestAZ”ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümid Akca barəsində cinayət işi açılıb.
İstanbul Ağır Cinayətlər Məhkəməsində araşdırma davam edən ərəfədə adı çəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməyib.
İstintaq zamanı Elşən Quliyev, Ceyhun Abdullayev və Ümid Akca iş adamı Yunus Akgünü tanımadıqlarını deyiblər.
Prokuror Elşən Quliyev, Ceyhun Abdullayev və Ümid Akcanın həbs edilməsini, onlar barəsində 13-17 il arası həbs hökmünün çıxarılmasını istəyib. Amma məhkəmə bu şəxslərin günahsız olduğu qənaətinə gələrək barələrində bəraət qərarı verib.
Bu məsələ ilə bağlı “İnvestAZ” şirkəti açıqlama yayıb. Şirkətin “Tam bəraət” başlığı ilə yayımladığı açıqlamada yazılır:
“Keçən il Türkiyədə fəaliyyət göstərən “İnvestAZ Menkul Değerler A.Ş.” şirkətinə qarşı bəzi əsassız iddialar irəli sürülüb. Yunus Akgün adlı şəxs istər şirkət, istərsə də şirkət rəhbərliyinə qarşı başlatdığı haqsız və heç bir dəlilə söykənməyən iddialarla şirkətin etibarına xələl gətirmək niyyəti ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, bu şəxs bilərəkdən yalan məlumat verməklə şirkətin nüfuzuna zərər yetirmək məqsədilə müxtəlif media qurumlarında qara PR apararaq şirkətə maddi və mənəvi zərbə vurmağa çalışıb.
İstanbul Ağır Cəza Məhkəməsi bu şikayət üzərindən araşdırma apararaq 25.05.2021-ci il tarixdə bu iddiaların əsassız və həqiqətə uyğun olmadığını qərara aldı və şikayətdə yer alan idarə heyətinin üzvləri tam olaraq bəraət qazandı.
Çox təəssüflə qeyd etmək istərdik ki, qeyd edilən iddiaların “İnvestAZ İnvestisiya Şirkəti” QSC-yə aidiyyəti olmadığı halda Azərbaycan mediasında bəzi saytlar qarşı tərəfin fikrini almadan, jurnalist araşdırması aparmadan şübhə yaratmaq məqsədli məqalələr dərc etmək istəmişdirlər. Şirkətimizin ictimaiyyətlə əlaqələr departamenti bu cür məcraları yaxından təqib edərək media qurumları ilə hər zaman dəqiqləşdirmə aparmağa və məlumatlandırmağa hazırdır. Bu kimi tədbirlər nəticəsində ölkəmizdəki media qurumları ilə şirkətimiz arasında güvənə dayanan sıx münasibətlər yaranıb.
Bir daha bu istiqamətdə bizə dəstək olan hər kəsə öz minnətdarlığımızı bildiririk.
“İnvestAZ” şirkəti 20 ilə yaxındır ki, fəaliyyətdədir və daimi yüksək səviyyəli xidməti ilə müştərilərin etibarı və sevgisini qazanmışdır. Şirkətin əsl məqsədi ölkədə maliyyə savadlılığını artırmağa çalışmaq və insanlara müasir dövrün qazanc imkanlarını aşılamaq və öyrətməkdir”.
Qeyd etdiyimiz kimi, İstanbul Ağır Cinayətlər Məhkəməsi hər üç şəxs barəsində bəraət hökmü çıxarsa da, İstanbul Prokurorluğu bununla razılaşmayıb. Prokuror bu hökmdən apellyasiya şikayəti verərək, “İnvestAZ”ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümid Akcanın həbs edilməsini istəyib. Lakin sonradan prokuror apellyasiya şiakyətini geri götürüb.
Amma zərərçəkmiş Yunus Akgün bu hökmdən narazı qalaraq apelyasiya şikayəti verib. Hazırda iş apellyasiya instansiyasındadır.
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...