Hadisə
Azərbaycanda elçilikdən sonra DƏHŞƏT YAŞANDI: Özünü güllələyərək öldürdü - TƏFƏRRÜAT - (VİDEO)
Video əlavə olunub.
xxx
Dekabrın 10-da Astara rayonunun Marzəsəy kəndinin Bio adlanan hissəsində 1969-cu il təvəllüdlü İ.Teymurovun özünü güllələyərək intihar etməsi hadisəsinin şok təfərrüatları üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, 5 övladı olan İ.Teymurov hadisədən bir gün əvvəl ailə üzvləri ilə birlikdə oğlunun istədiyi qızın evinə elçiliyə gedib. Elçilik məclisində qarşı tərəf qızı İ.Teymurovun oğluna verməyə razı olub və “həri” baş tutub.
Bundan sonra İ.Teymurovun Rusiyada yaşayan yaxın qohumu ona zəng edərək onun oğlunun həmin qızla evlənməsinə qarşı olduğunu, bu izdivaca imkan verməyəcəyini, əgər onlar evlənərsə İ.Teymurovla qohumluqdan imtina edəcəyini bildirib.
İ.Teymurov isə oğluna həyətdəki sitrus meyvələrini satmasını və toya hazırlaşmağa başlamasını deyib. Lakin həmin qohum təkidlə onlardan həmin qızı evə gəlin gətirməməyi tələb edib, əks halda onlardan üz döndərəcəyini deyib.
Bundan sonra İ.Teymurov tüfəngini götürərək kəndin yaxınlığındakı meşəyə gedib. Orada qardaşı oğlu ilə rastlaşdığından o, meşədə intihar etmək niyyətini həyata keçirə bilməyib.
Daha sonra yaşadığı evə gələn 52 yaşlı kişi evin zirzəmisinə girərək tüfəngi çənə nahiyəsinə dirəyib və atəş açıb.
O, aldığı xəsarətlərdən yerindəcə ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Muxtar
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

