Hadisə
Bakıda 2 nəfərin öldüyü hadisənin TƏFƏRRÜATLARI – Maşında 5 nəfər olub
Dekabrın 12-də səhər saatlarında Bakı şəhər Sabunçu rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.
Publika.az xəbər verir ki, yük avtomobilinin minik maşınları ilə toqquşması nəticəsində 2 nəfərin ölümü, daha 1 nəfərin isə ağır xəsarət alması faktı ilə bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 2 və daha artıq şəxsin ölümünə səbbə olduqda) maddəsi ilə iş açılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, ağır qəza 1965-ci il təvəllüdlü Arzu Ağarəşidovun idarə etdiyi “Howo” markalı yük maşınını Kürdəxanı qəsəbəsi ərazisində sola döndərərkən baş verib. Belə ki, yük maşını dönmə manevri edərkən onunla eyni istiqamətdə hərəkət edən və 1988-ci il təvəllüdlü Seymur Şahkərimovun idarə etdiyi “Mercedes C Class” markalı avtomobil arxadan ona çırpılıb. Daha sonra isə Həsən İsmayılovun sürdüyü “Nissan Sunny” də yük maşınına dəyərək dayanıb.
Hadisə nəticəsində “Mercedes”də olan 5 nəfərdən 3-ü ağır xəsarət alıb. Onlardan 1996-cı il təvəllüdlü Nəsirli Turxan Nizami oğlu və şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş digər sərnişin hadisə yerində vəfat edib. Daha bir sərnişin isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Muxtar
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)











.jpg)
















.jpg)

.jpg)