Hadisə
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: DYP binasında özünə od vurdu
"Bu gün günorta saatlarında 1070 manat cərimə borcu olduğuna görə avtomobili duracağa yerləşdirilən paytaxt sakini Azər Səfərov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gələrək əməkdaşlardan avtomobilinin təcili buraxılmasını tələb edib".
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
"Ona izah olunub ki, yalnız cəriməni ödədikdən sonra avtomobil buraxılacaqdır. Sürücü bundan əsəbiləşərək, polis əməkdaşlarını təhqir edib, “görün başınıza nə oyun açacam” dedikdən sonra üzərində olan benzinlə özünü yandırmağa cəhd edib. Yaxınlıqda olan polis əməkdaşları və digər şəxslər tərəfindən cəhdin qarşısı alınıb. Ayağıdan yüngül yanıq xəsarəti alan sürücüyə ilkin tibbi yardım göstərilib", - Mətbuat Xidmətindən bildirilib.
Hazırda Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, sürücü - 31 yaşlı A.Səfərov əvvəllər qəsdən bədənə ağır xəsarət yetirdiyinə və adam öldürməyə cəhdə görə məhkumluq həyatı yaşayıb.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO


































.jpg)

.jpg)