Hadisə
DİN bu şəxslərə müraciət etdi - Qəti tədbirlər görülür
"Sahibsiz heyvanlarla rəhmsiz rəftar edilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir. Respublikanın ərazi polis orqanlarına bununla bağlı müvafiq tapşırıqlar verilib".
Bunu Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O deyib ki, məqsəd heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinin qaşısını almaqdır: “Hər bir şəxs bilməlidir ki, heyvanlarla rəhmsiz rəftar edilməsi məsuliyyət yaradır. Bu günlərdə Bərdə rayonunda vətəndaş İ.Qurbanovun sahibsiz iti tir tüfənginin qundağı ilə vurmasına görə inzibati icraat açılmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub, tüfəng həmin şəxsdən müsadirə olunaraq götürülüb. Bunu nəzərə alaraq, bir daha diqqətə çatdırırıq ki, heyvanlarla rəhmsiz rəftar edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun qəti tədbirlər görülür”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)










.jpg)

















.jpg)

.jpg)