Hadisə
Bakıda ailə faciəsi: Qadın öldü, oğlu və gəlini isə... - YENİLƏNDİ
Daxili İşlər Nazirliyi ötən gecə Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 19-da saat 22 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Yusubov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakinləri Xəzəngül Feyziyevanı, oğlu Qəribağanı və gəlini Fəridəni vurub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, X.Feyziyeva ölüb.
Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
*****
10:02
Ötən gecə Bakıda ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində "KİA Cerato" markalı minik avtomobili piyada keçidində yolu küçən insanları vurub.
Zərbənin təsirindən 1956-cı il təvəlüldlü qadın vəfat edib. Digər piyadalar olan 40 yaşlı kişi və 27 yaşlı qadın isə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Muxtar
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi

































.jpg)

.jpg)