Hadisə
Bakıda oğurluq və quldurluq etmiş qadın tutuldu - FOTO/VİDEO
Suraxanı rayonu Hövsan qəsəbəsində qadına qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, zərərçəkən şəxs evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 200 manat pul və şəxsi sənədləri olan çantasını ələ keçirib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Hövsan qəsəbəsində yaşayan Şəhanə Nəbizadə saxlanılıb. O, ifadəsində qadını bankomatdan pul çıxaran zaman gördüyünü və onu izləyərək quldurluq etdiyini etiraf edib. Araşdırma zamanı Şəhanə Nəbizadənin Hövsan qəsəbəsində bir mənzildən də məişət əşyaları oğurladığı məlum olub.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Şəhanə Nəbizadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu











.jpg)
















.jpg)







.jpg)


