Hadisə
SON DƏQİQƏ: Afət Fərmanqızının əri həbs edildi - YENİLƏNDİ
Video əlavə olunub.
xxx
Müğənni Afət Fərmanqızının həyat yoldaşı Mamed Nanacanova qarşı Cinayət Məcəlləsinin 2 maddəsi ilə ittiham irəli sürülüb.
Publika.az Trend-ə istinadla xəbər verir ki, o, Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Sumqayıt şəhər sakini Vaqif İsayev polisə ərizə ilə müraciət edərək 2017-ci ilin may ayından bu ilin yanvarın 31-dək olan müddətdə Rusiya vətəndaşı, 42 yaşlı Mamed Nanacanovun onu və ailə üzvlərini öldürəcəyi ilə bağlı hədələyərək, 200 min dollar tələb etməsini bildirib.
xxx
Müğənninin əri Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur.
Publika.az "qafqazinfo"ya istinadla xəbər verir ki, M.Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilib. O, Xəzər Rayon Polis İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
xxx
10:37
Müğənni Afət Fərmanqızının bir müddət əvvəl ailə qurduğu Mamed Nanacanov polis tərəfindən saxlanılıb.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında məlumat verib.
Fərmanqızının sözlərinə görə, buna səbəb həyat yoldaşının bir şəxsi təhqir etməsi olub:
“Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşımı saxlayıb. Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib. Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, 7 ildir ona deyir pulu qaytaracağam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim olmayıb, onu təhqir edib. Əgər təhqirə görə adam həbs olunursa, biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var. Niyə onlar həbs olunmur? Dəfələrlə məni təhqir edəni şikayət etmişəm, tapıb gətirilib, bölmədə başa salınıb, deyilib etika qorunmalıdır, olmaz və sərbəst buraxılıb. Mamed Nanacanovla həmin insanların fərqi nədir? İş adamıdır deyə saxlamaq lazımdır? Vaqif İsayevin məndə səs yazısı da var. Deyir ki, canımın qorxusundan mən həbs etdirdim".
Afət bildirib ki, həyat yoldaşı Rusiya vətəndaşıdır və orada çalışır.
View this post on Instagram
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)

























.jpg)

.jpg)


