Hadisə
Beşqat Azərbaycan çempionu vəfat etdi - Yüksək vəzifələrdə çalışıb
“Azpetrol”da rəhbər vəzifələrdə çalışmış Ramiz Yusifov vəfat edib.
Publika.az xəbər verir ki, uzun illər şirkətdə komitə sədri, departament müdiri və baş direktorun birinci müavini kimi çalışmış R.Yusifov 86 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Yusifov Ramiz Yusif oğluAzərbaycan geoloq alimi, geologiya elmlər üzrə fəlsəfə doktoru, professor, təcrübi-metodiki geofiziki ekspedisiyanın baş geoloqu (1980-1997), Boks üzrə SSRİ mükafatçısı, 5 dəfə Azərbaycan çempionu, 1958 -ci ildən SSRİ idman ustası, 1996-cı ildən boks üzrə Beynəlxalq dərəcəli hakim olub. O, dəfələrlə Avropa və Dünya çempionatlarında müvəffəqiyyətlə iştirak edib. Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidenti (1995-2009), həmin federasiyanın icraçı komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin üzvü, Veteranlar Şurasının sədri və Prezident təqaüdçüsüdür.
R.Yusifov "Azpetrol LTD"nin baş direktorunun birinci müavini və təhlükəsizlik xidmətinin rəisi, həmçinin ictimaiyyətlə əlaqə departamentinin müdiri vəzifələrini icra edib. O, tanınmış dövlət xadimi Yusif Yusifovun oğludur.
Allah rəhmət eləsin!
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

